EN

Putin İsrailə məsləhət verdi

Ajans.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində Sky News Arabia telekanalına müsahibəsində bildirib. "İsrail rəhbərliyinin hər hansı narahatlığı varsa, o zaman onları həll etmək lazımdır. Fikrimcə, bunun üçün lazımi formalar və imkanlar mövcuddur", - Rusiya lideri qeyd edib. Putin həmçinin bildirib ki, Rusiya İranın öz nüvə silahını yaratmaq niyyətinə dair sübutlar barədə İsraili dəfələrlə xəbərdar edib. Onun sözlərinə görə, İslam Respublikası dinc məqsədlər üçün nüvə texnologiyasını inkişaf etdirmək hüququna malikdir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
17
Ajans.az

1Sources