EN

Liviyanın Azərbaycandakı səfiri Şuşa və Laçın şəhərlərində aparılan irimiqyaslı bərpa işlərini yüksək qiymətləndirib

Şuşa. Trend:

Liviyanın Azərbaycandakı səfiri Əli Səlim Nasir Şuşa və Laçındaaparılan irimiqyaslı bərpa işlərini yüksək qiymətləndirib.

Trend xəbər verirki, bu barədə bu gün diplomat Qarabağ səfəri çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.

“Mən əvvəl Şuşada olmuşam - bu mənim sayca üçüncü səfərimdir vəhər dəfə mən burada olanda təzə bir şey - yeni binalar görürəm. Busadəcə inanılmazdır. Əlbəttə ki, yenə imkan düşsə, böyükməmnuniyyətlə Şuşaya və Laçına bir daha baş çəkəcəyək. Laçın da çoxgözəl bir şəhərdə və onu çox bəyənirəm. Şuşada, Laçında, Ağdamdairimiqyaslı inşaat işlərinin aparıldığını görürəm. Azərbaycanı belənəhəng uğurlar və nailiyyətlər münasibətilə təbrik edirəm”, - deyəsəfir bildirib.

Qeyd edək ki, dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatikkorpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdəsəfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelərdə daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və“Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlarafilmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.

“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayişolunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub.Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığıəyani şəkildə göstərilib.

İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdamşəhərlərinə yola düşəcəklər.

Məqalədə:
Chosen
14
2
az.trend.az

3Sources