Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb.
Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb.
S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.