ABŞ 24 saat ərzində İran yaxınlığındakı Səudiyyə Ərəbistanı və Küveyt sərhədlərinə iki hərbi nəqliyyat təyyarəsi göndərib.
Editor.az bildirir ki, bu barədə “Flightradar24” xidməti məlumat yayıb. İlk təyyarə iyunun 19-da axşam saatlarında İtaliyanın Avianosundan yola düşüb və bu gün günortadan sonra uçuş nöqtəsinə qayıdıb. Qeyd olunur ki, hansısa məqamda təyyarə Əl-Xarc şəhəri (Səudiyyə Ərəbistanı) yaxınlığında görünüb.
İkinci təyyarə bu səhər Almaniyadan havaya qalxıb və bir anda Səudiyyə sərhədi yaxınlığında, Əl-Vəfra yaxınlığında – Küveyt səmasında görünüb.
Xatırladaq ki, bir gün əvvəl mediada Amerika lideri Donald Trampın iki həftə ərzində İsraillə İran arasında münaqişəyə girməyin nə qədər məqsədəuyğun olduğunu anlamaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı. O, əmin olmaq istəyir ki, ABŞ-ın münaqişədə iştirakı İranın nüvə proqramına son qoyacaq və daha uzun sürən müharibəyə səbəb olmayacaq.
//Samir Qurbanov, Editor.az