EN

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

“Türkiyədə 2025–2026-cı tədris ilindən məktəblərdə yenidən vahid geyim formasının tətbiqinə başlanacaq”. 

TƏHSİL.BİZ xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Yusuf Tekin deyib.

Nazirin sözlərinə görə, gələn ildən pulsuz geyim kodu əvəzinə məktəblərdə yenidən forma geyimi məcburi olacaq: “Yeni dərs ili sentyabrın 8-də başlayacaq. Artıq yeni tədris ilindən məktəblərimizdə şagirdlər sərbəst geyim əvəzinə vahid geyim formasından istifadə etməlidirlər. Müəllim və idarəçi həmkarlarımız, eləcə də məktəb-ailə birlikləri bu istiqamətdə öz seçimlərini ediblər”.

Yusuf Tekin həmçinin “Türkiyə əsri təhsil modeli” çərçivəsində hazırlanan yeni kurrikulumla bağlı da məlumat verib: “Bu il 1, 5 və 9-cu siniflərdə tətbiq olunan proqram növbəti tədris ilində mərhələli şəkildə 2-ci, 6-cı və 10-cu siniflərdə də həyata keçiriləcək”.

Chosen
10
tehsil.biz

1Sources