EN

Ardıcıl 3-cü qələbə

Dünən Azərbaycanın oğlanlardan ibarət U-14 millisi Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş “Airom Cup” beynəlxalq basketbol turnirində 3-cü oyununu keçirib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti xəbər verir ki, yığma bu dəfə Qazaxıstanın “Airom” klubu ilə qarşılaşıb. Oyun Azərbaycan təmsilçisinin 89:32 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bununla da U-14 seçməmiz turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb.

M.HACIXANLI
XQ

 

Chosen
11
5
xalqqazeti.az

6Sources