EN

Baydenin Vaşinqtona gizli səfəri: Görün hansı layihə üzərində çalışır

ABŞ-ın keçmiş prezidenti Co Bayden Delaverdəki iqamətgahından Vaşinqtona qatarla getməyə davam edir. O, ofisində naməlum layihə üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" mənbələrə istinadən məlumat yayıb.

Keçmiş Bayden administrasiyasının bir neçə eks-rəsmisinin dediyinə görə, o, həftələrdir layihə üzərində işləyir, lakin dəqiq nə etdiyi bəlli deyil.

Baydenin prezidentliyi başa çatdıqdan sonra fəaliyyəti ilə tanış olan mənbə onun kitab yazmaq, kitabxana açmaq və öz fondunu yaratmaq üzərində işlədiyini irəli sürüb.

Nəşr aydınlaşdırır ki, Bayden keçmiş prezident kimi iyul ayına qədər Vaşinqtonda ofislə təmin olunub. Onun xərci ABŞ Ümumi Xidmətlər Administrasiyası tərəfindən ödənilir.

NYP mənbələri bildirir ki, Bayden 400 min dollarlıq prezident maaşını itirdikdən sonra ailəsi maddi çətinliklərlə üzləşib.

Chosen
7
publika.az

1Sources