EN

Virts Premyer Liqanın tarixinə düşdü

"Liverpul" İngiltərə Premyer Liqası tarixində ən bahalı transferi gerçəkləşdirib.

Publika.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts "Bayer" klubundan İngiltərə təmsilçisinə 125 milyon avroya keçib. Bonuslarla birlikdə bu məbləğ 150 milyon avroya çata bilər.

Beləliklə, "Liverpul" Premyer Liqa tarixinin transfer rekordunu qırıb. Əvvəlki rekord 2023-cü ildə "Benfika"dan 121 milyon avroya "Çelsi"yə keçən Entso Fernandesə məxsus idi.

22 yaşlı Virts 2020-ci ildən "Bayer"də çıxış edirdi. O, Leverkuzen təmsilçisinin heyətində 197 oyuna çıxaraq 57 qol vurub və 65 məhsuldar ötürmə edib.

Chosen
10
publika.az

1Sources