EN

Pambıq alqı-satqısı elektronlaşdırılır, qəbul sənədi ləğv edilir

Bakı. Trend:

Pambıq məhsulunun təhvil verilməsinin (alınmasının) təsdiqprosesi elektronlaşdırılır, "pambıq qəbulu sənədi" ləğv edilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Pambıqçılıq haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsi pambığın alqı-satqısınınsənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin 71-1 (elektronqaimə-fakturaları) və 71-2-ci (malların alış aktı) maddələrinintələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanunlayihəsinə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdətutulan "pambıq qəbulu sənədi"nin ləğvi və bu malın satışınınelektron qaimə-fakturaları və ya malların alış aktları iləsənədləşdirilməsi nəzərdə tutulur.

Pambıq qəbulu qəbzi - üzərinə Maliyyə Nazirliyindən alınanxüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı, pambığınalqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanınaparılması üçün əsas sənəddir. Pambığın alqı-satqısı tərəflərinrazılığı ilə tərtib edilən müqaviləyə əsasən həyata keçirilir vəMaliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunan forma vərekvizitlərə uyğun ciddi hesabat blankı olan kağız daşıyıcılardapambıq qəbulu qəbzi ilə sənədləşdirilir.

Həmçinin, məhsul subsidiyası ilə bağlı hər il fermerlər MaliyyəNazirliyinin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilənmüddətlərdə elektron bəyannaməni (müraciəti) və məhsuluntədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbulqəbzlərini və (və ya) elektron qaimə-fakturaları və ya mallarınalış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatıməhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxiletməlidirlər.

Vurğulanıb ki, subsidiyaların verilməsi prosesi zamanı digərkənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.)məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektronqaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıqüzrə bu günədək qəbul qəbzi kağız şəklində istifadə olunur ki, buda "Elektron kənd təsərrüfatı informasiya sistemi"ndə (EKTİS) ikiliyanaşma və statistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlərEKTİS ilə Dövlət Vergi Xİdmətinin Avtomatlaşdırılmış Vergiİnformasiya Sisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumataxınında gecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağızsənədlərlə aparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlamaimkanı yoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsiriskini artırır.

Əlavə edilib ki, pambıq məhsulunun qəbul qəbzinin kağızdaşıyıcılarda tərtib olunması həm prosesin elektronlaşmasına vəasanlaşmasına mane olur, belə ki, vətəndaşlar qəbzi skan edərəkEKTİS-ə daxil etməyə məcbur qalırlar.

Vergi Məcəlləsinə əsasən, malların təhvil verilməsi (təhvilalınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiqedilir. Həmin sənədlər Dövlət Vergi Xidmətinin İnternet Vergiİdarəsinin portalında yaradılan "elektron qaimə-faktura" və ya"elektron alış aktı" altsistemində elektron qaydada hazırlanır vətəsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər birvergi ödəyicisi üzrə AVİS vasitəsilə həyata keçirilir. Elektronqaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİSvasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədətəkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilənməlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədənməhsul subsidiyası hesablana bilər.

Qeyd edilib ki, layihənin qəbul edilməsi nəticəsində pambıqbitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının)təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİSarasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbulunadair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığınıntəmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılantəhlilin aparılması, sahibkarlar və fermerlər üçün əməliyyatlarınsadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin vəşəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaətedilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsalhökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Chosen
53
33
az.trend.az

10Sources