“Partizan” klubu Patrik Andradeni CAS-a verib.
İdmanxeber.az-ın məlumatına görə, Serbiya klubu “Qarabağ”ın sabiq futbolçusu Patrik Andradeyə qarşı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) rəsmi şikayət edib.
Müraciət bu ilin əvvəlində təqdim olunub, dinləmələr isə artıq iyunun 17-də baş tutub.
Şikayətin konkret səbəbi və CAS-ın qərarı hələlik açıqlanmayıb.