Azərbaycan Taekvando Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.
Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, o, öz istəyi ilə istefa verib.
Federasiyadan saytımıza məlumatı təsdiq ediblər.
Son Yazılar:
- Taekvando Federasiyasının baş katibi istefa VERDİ
- Çimərliklərdə bunlar qadağandır – VİDEO
- “İllərdir bədənimdə qəlpələrlə yaşayıram, dözülməz ağrılar çəkirəm…”
Baş katiblə yanaşı komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.
Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. Federasiya isə bu məlumatı təkzib edib.
Qeyd edək ki, Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvando Federasiyasının baş katibi təyin edilmişdi.