EN

“Ayyarım əvvəl 2 ci liqada çıxış edən bölgə klubundan təklif gəldi” “Səbail”in baş məşqçisi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən günlərdə “Səbail”in mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxlayanda aşağı yaş komandalarının, akademiyanın bütün işçiləri ilə vidalaşdıqlarını demişdi. Əvəzedici komanda daxil olmaqla.“Football-plus.az” da “Səbail-2”in baş məşqçisi Ramiz Hüseynovla əlaqə saxlayıb, gələcəyi ilə bağlı nə qərar verəcəyini soruşub:

“Çox təəssüflər olsun ki, əsas komandamız 1-ci liqaya düşdü. Bu da əvəzedici komandanın ləğvi deməkdi. 2016-cı ildən “Səbail”də müxtəlif yaş qruplarında məşqçi kimi fəaliyyət göstərmişəm. Sonuncu mövsümdə isə əvəzedici komandanın baş məşqçisi oldum. Akademiyanın işçiləri – məşqçilər, inzibatçılar, həkimlərdən bəziləri özünə iş tapa biləcək, bəziləri işsiz qalacaq. Bunların hamısı üzücü məqamdı. Həmçinin “Səbail” çox sabit komanda idi. Klublar var ki, maaş gecikdirirdi, ya başqa məqamlar olurdu. Lakin bizim maaşlarımız da vaxtında verilirdi, hər şey qaydasında idi. Klubun elitada qalmamasının bildiyimiz və bilmədiyimiz tərəfləri var. Təbii ki, kimisə günahlandırmaq fikrimiz yoxdu. Komanda nəticəyə görə düşübsə, deməli, kiminsə günahları var. Şəxsi karyerama gəlincə, hazırda istirahət edirəm. Təklif olub. Ayyarım əvvəl 2-ci liqada çıxış edən bölgə klubundan təklif gəldi. Bəzi şərtlərdə razılaşa bilmədik. Yaşayış yerimin Bakı olması, şəxsi həyatım, ailə ilə bağlı bəzi məsələlər var ki, ona görə alınmadı. Hələ ki başqa təklif olmayıb”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources