EN

Məşhur boksçu nokautla məğlub olduqdan sonra yaddaşını itirib

Məşhur yapon orta çəkili boksçu Tzin Sasaki amerikalı kiçik Brayan Normanla döyüşdə nokautla məğlub olduqdan sonra yaddaşını itirib.İdmançı son ay yarım ərzində başına gələn heç nəyi xatırlamır. Vətəninfo.az xəbər verir ki, bu barədə “Daily.co.jp” məlumat yayıb.

Nəşrin məlumatına görə, Sasaki davadan dərhal sonra xəstəxanaya aparılıb. İdman zalının rəhbəri İsio Nakaya bildirib ki, idmançı son ay yarımda baş verən heç nəyi xatırlamır, döyüşə razılaşdığını belə xatırlamır. “Sasaki xəstəxanaya aparılıb. Orada ona kompyuter tomoqrafiyası çəkilib. Nə qanaxma, nə də digər xəsarət aşkarlanıb. Lakin aldığı güclü zərbədən yaddaşını itirib. Fiziki xəsarəti yoxdur. Bununla belə, onun səhhətini izləməyə davam edəcəyik”, – Nakaya bildirib. O, Sasakinin bir neçə gündən sonra ikinci tibbi müayinədən keçəcəyini də bildirib.

Chosen
3
veteninfo.az

1Sources