EN

Aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub, reanimasiyadadır

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.

“Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib.

Chosen
6
12
apa.az

10Sources