EN

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti

Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələri Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkətinin dünya universitetlərinin 2026-cı il üzrə növbəti qlobal reytinqində növbəti uğura imza atıb.  

Ölkəmizin 6 universiteti  “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb.  

Təhsil eksperti Vüsal Kərimli TƏHSİL.BİZ -ə universitetlərimizin qlobal reytinq sıralamasındakı mövqeyini şərh edib. 

Onun sözlərinə görə, Azərbaycan universitetləri dərc olunmuş elmi məqalələr və elmi məqalələrə verilən istinadlar, beynəlxalq əməkdaşlıq çərçivəsində çap olunmuş məqalələrə xüsusilə önəm verilməsi kimi reytiniqn əsas indikatorları üzrə müsbət dinamika nümayiş etdiriblər. 

"Elmi məqalələrin xüsuslə yüksək kvartilli jurnallarda dərc olunması və onlara istinadların verilməsi universitetlərimizin mövqeyinə müsbət təsir edib. Digər məsələ işəgötürənlərdən gələn sorğulardır. Universitetlər müasir dünyanın əsas trendlərindən hesab olunan işəgötürənlərlə əməkdaşlıq əlaqələri qura və artıq əməkdaşlıq edə bilirlər. Bu sahədə artıq irəliləyişlərimiz var. Əcnəbi tələbələrimizin sayında az da olsa, dinamika var ki, bu da müsbət haldır. 

Eyni zamanda, əcnəbi müəllimlərin də yerli müəllimlərə olan nisbətində də irəliləmə var. Bu göstəricilər üzrə inkişafın yüksək xətt üzrə getməsi universitetlərimizi yaxın gələcəkdə daha yüksək yerlərdə qərar tutmaına gətirib çıxaracaq. Düşünürəm ki, artıq dayanmaq olmaz, daha sürətlə, daha əzmlə, planlı şəkildə işləmək lazımdır. Digər mühüm məsələ patentlərlə bağlıdır. Beynəlxalq patentlərə diqqət etməliyik. Çünki bu sahədə vəziyyətimiz o qədər də ürəkaçan deyil.  Patentlərimizin sayının artmasına diqqət etməliyik. İndikator olaraq sənayedən gəlirlərimiz məsələsində mövcud göstəricilərimizi yaxşılaşdırmalıyıq".

 

Chosen
5
tehsil.biz

1Sources