Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək qərarına gəlsə, Birləşmiş Ştatların Yaxın Şərqdə müharibəyə qarışması qaçılmaz olacaq.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, bunu keçmiş müdafiə naziri və CİA-nın keçmiş direktoru Leon Panetta bildirib.
"Əgər o, İrana girib hücum etsə, o zaman ABŞ-nin regional müharibədə olacağına şübhə yoxdur", - Panetta deyib.
O, ABŞ-nin 2003-cü ildə İraqa girməklə "dəhşətli səhvə" yol verdiyinə əmindir və hesab edir ki, bu, Tramp üçün dərs olmalıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.