EN

Dərd içində üzən 4 bürc - Kədər və hüzn həmişə onları tapır

Astroloji dünyaya görə bəzi bürclər var ki, onlar sanki kədəri özlərinə cəzb edirlər. Onların həyatı emosional çəkişmələrlə doludur. Bu bürclərin nümayəndələri tez-tez özlərini daxili təlatümlər içində tapır, çünki həm xarici dünyanın çətinliklərini dərindən hiss edirlər, həm də öz daxili aləmlərində daim bir savaş içindədirlər. 

Yenisabah.az daim kədər, dərd və duyğusal sıxıntılarla üzləşən və bütün bunlardan ən çox təsirlənən 4 bürcü təqdim edir.

1. Balıqlar – Balıqlar bürcü zodiakın ən həssas və emosional bürclərindən biridir. Onlar hər şeyi ürəklərinə salır, ən kiçik bir sözü və ya baxışı belə dərindən analiz edirlər. Həddən artıq empatik olmaları onların başqalarının dərdlərini də öz üzərlərinə götürməsinə səbəb olur.

Çox vaxt başqalarının acısını öz dərdləriymiş kimi yaşayıb, susurlar. Sevgi həyatında da idealist olmaları onları tez-tez məyus edir. Balıqlar çox xəyal qurur, amma reallıq onların gözləntilərini darmadağın etdikcə, bu bürc sahibləri iç dünyalarında daha da sıxılır.

2. Əqrəb – Əqrəblər xaricdən soyuq və sərt görünsələr də, daxildə çox dərin və zərif bir duyğu dünyasına sahibdirlər. Onların yaşadığı emosional çətinlikləri çoxları anlamaz, çünki əqrəblər hisslərini demək olar ki, heç vaxt göstərməz. Bu da onları daha tənha və kədərli edə bilər.

Əqrəblər həyatlarında yaşadıqları xəyanətləri, itkiləri və psixoloji travmaları asanlıqla unuda bilməzlər. Onlar dərdləri içində yaşamağa vərdiş edirlər və çox zaman bu dərdləri öz içlərində “gözəl bir qaranlıq kimi” saxlayırlar.

3. Xərçəng – Xərçəng bürcü ailəyə və keçmişə bağlılığı ilə tanınır. Onlar keçmişi buraxmaqda çətinlik çəkirlər. Bir dəfə qırılsalar, bu hiss uzun müddət ürəklərində qalır. Sevgi və yaxın münasibətlərdə idealist davranışları onları tez-tez məyus edir.

Ətrafındakıların xoşbəxtliyini öz xoşbəxtliyi kimi qəbul etdiklərinə görə, başqalarının problemi olduqda belə özləri əzab çəkirlər. Bu da xərçəngləri emosional cəhətdən zəif hala gətirir.

4. Oğlaq – Oğlaqlar adətən sakit, soyuqqanlı və planlı insanlar kimi tanınır. Amma bu sakitliyin altında tez-tez daxili bir boşluq və emosional yorğunluq gizlənir. Onlar çox məsuliyyətli olduqlarına görə öz hissələrini bir kənara atır, öncə başqalarının ehtiyaclarını düşünürlər.

Bu davranış uzun müddət davam etdikdə isə, oğlaqlar daxildə tək və kədərli bir vəziyyətə düşür. Onlar üçün ən böyük problem – “hisslərini ifadə edə bilməmək”dir. Bəzən kədər içlərini gəmirir, amma bunu heç kimlə paylaşmazlar.

Bəs bu bürclər niyə daha çox əziyyət çəkir?

Astroloji baxımdan bu bürclər ya su elementinə aiddir (Balıqlar, Xərçəng, Əqrəb) və bu da onları duyğusal olaraq daha həssas edir, ya da torpaq elementi kimi (Oğlaq) daxili emosiyaları çox sıxışdıraraq yaşamağa çalışırlar. Onların daxili dünyası olduqca zəngin və mürəkkəbdir, bu da onları kədərə qarşı daha açıq hədəf halına gətirir.

Unutmayaq ki, hər bürcün özünəməxsus çətinlikləri var. Ancaq Balıqlar, Əqrəb, Xərçəng və Oğlaq bürcləri emosional çəkişmələrə daha çox məruz qalır. Onlara anlayışla yanaşmaq, bəzən sadəcə dinləmək belə kifayət edə bilər ki, özlərini tək hiss etməsinlər.

Aydan Hacıbalazadə    


Telegram kanalımız
Chosen
9
2
yenisabah.az

3Sources