“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” yarımmüdafiəçi ilə şəxsi razılığa gəlib. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. İstanbul klubu “Mançester Siti” ilə danışıqları davam etdirir.
İlkay başa çatan mövsümdə Premyer Liqada 33 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.