EN

Putin ərazi iddialarını genişləndirir – “Rus əsgəri hara ayaq basırsa, orada Rusiya var”

BAKI, 21 iyun. TELEQRAF

Rusiya lideri Vladimir Putin Rusiyanın Ukraynaya qarşı ərazi iddialarını genişləndirmək üçün “bufer zona” iddiasından bəhanə kimi istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

ISW bildirir ki, Putin iyunun 20-də Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı Rusiya qoşunlarının Rusiyanın qeyri-qanuni ilhaq etdiyi 4 regiondan (Luqansk, Donetsk, Zaporojye və Xerson) kənar ərazilərdə olduğunu bəyan edib, ardınca “Rus əsgəri hara ayaq basırsa, orada Rusiya var” deyimini xatırladıb:

“Həmminin o, qeyd edib ki, prinsipcə Sumı şəhərinin Rusiya tərəfindən tutulmasını istisna etmir, baxmayaraq ki, onun sözlərinə görə, Rusiya hazırda bu məqsədi güdmür”.

ISW analitikləri deyirlər ki, Rusiya rəsmiləri Putini işğal olunmuş Donetsk vilayətini Ukraynanın zərbələrindən qorumaq üçün Dnepropetrovsk vilayətində “bufer zona” yaratmağa çağırıb, həmçinin Rusiyanın Xarkov vilayətinin şimalına hücumunu Belqorod şəhərini Ukraynanın atəşindən qorumaq cəhdi kimi əsaslandırılıb.

ABŞ institutu vurğulayır ki, Rusiya rəsmilərinin təklif etdiyi “bufer zona” şərqi Xarkov və Dnepropetrovsk vilayətlərinə – Rusiyanın hələ də ilhaq etmədiyi iki bölgəyə qədər uzanacaq:

“Kreml nümayiş etdirir ki, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin ələ keçirilməsi onu qane etməyəcək və bufer zonalardan bu dörd regiondan kənarda öz ərazi ambisiyalarına haqq qazandırmaq üçün bəhanə kimi istifadə edəcək”.

Chosen
10
teleqraf.com

1Sources