EN

Yolu kəsib sərnişin düşürür, sonra isə onunla söhbət edir VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 77-TC-560 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq hərəkəti məhdudlaşdırıb. O, sərnişinləri yolun ortasında düşürüb və sonra onlarla söhbət etməyə başlayıb. Bu zaman arxadan gələn avtomobillərin yolunu kəsərək onlara mane olub. Eyni zamanda sərnişinləri yolun ortasında düşürməklə onların həyatını təhlükə altında qoyub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
avtosfer.az

1Sources