EN

OpenAI ABŞ Müdafiə Nazirliyi ilə 200 milyon dollarlıq müqavilə imzalayıb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"OpenAI" şirkəti ABŞ Müdafiə Nazirliyi ilə 200 milyon dollar dəyərində müqavilə imzalayıb və bununla da Amerika ordusunun müxtəlif sahələrində süni intellektin tətbiqi üzrə proqramda əsas iştirakçıya çevrilib.

Bu addım, şirkətin yeni bölməsi olan "OpenAI for Government" (OpenAI Dövlət Xidmətləri) üçün rəsmi işin başlanğıcını bildirir.

Müqavilənin şərtlərinə görə, "OpenAI" müdafiə sahəsindəki inzibati prosesləri transformasiya edəcək süni intellekt həllərinin prototiplərini hazırlayacaq. Bu, hərbi xidmətçilərin və onların ailələrinin tibbi xidmətlərə daha asan çıxışını təmin etməkdən tutmuş, kibertəhlükəsizlik dəstəyi və satınalma proqramlarının təhlilinə qədər müxtəlif istiqamətləri əhatə edəcək. Xüsusi olaraq dövlət məqsədləri üçün yaradılmış "ChatGPT" versiyası ("ChatGPT Gov") NASA, ABŞ Maliyyə Nazirliyi və Hava Qüvvələrinin laboratoriyaları kimi bağlı strukturlarda istifadə olunacaq.

Müqavilə, "süni intellektin qabaqcıl imkanları üzrə prototip" (prototype OTA) razılaşması formasında imzalanıb və işlərin 2026-cı ilin iyuluna qədər tamamlanması nəzərdə tutulur. Bu, "OpenAI"nin müdafiə sahəsindəki ilk böyük layihəsidir.

Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi digər podratçılarla da çoxmilyonlu müqavilələr bağlayıb:

"Borsight Inc" (Yuta ştatı) T-6A təlim təyyarələrinin avionika sistemlərinin modernləşdirilməsi proqramı üçün 2,18 milyard dollar alıb. Bu proqram 2034-cü ilə qədər davam edəcək və yeddi hərbi bazanı əhatə edəcək."American Electronic Warfare Associates" ABŞ və müttəfiq ölkələrin hərbi hava qüvvələri proqramlarını dəstəkləmək üçün 466 milyon dollar məbləğində müqavilə imzalayıb. Bu müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq."Booz Allen Hamilton" dəniz gəmilərində simsiz rabitə sistemlərinin quraşdırılması üzrə 96 milyon dollar dəyərində müqavilə əldə edib. Müqavilə 2027-ci ilə qədər davam edəcək."Georgia Tech Applied Research Corp" kvant təhlil sistemi və elektron müharibə üzrə 14 milyon dollar dəyərində layihə alıb.

Həmçinin, müqavilələr sırasına hava nəqliyyatı hissələrinin təchizatı, təmir layihələri, İT dəstəyi, inşaat işləri və hətta yanğınsöndürmə xidmətləri üçün xüsusi texnikanın alınması daxildir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
bizimyol.info

1Sources