EN

Naxçıvan Dövlət Universiteti: Elm və tədris sahələrinə yeni sıçrayışların başlanğıcı

Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr, ölkəmizin milli tədris proseslərinin, həmçinin elm strategiyasının uzunmüddətli prioritetlərinin əlçatan olması üzrə olduqca mühüm ifadə forması olmaqdadır. Bu sahədə, təbii olaraq, onun beynəlxalq əməkdaşlıqları və elmi araşdırmalar sahəsində əldə etmiş olduğu nəticələr mühüm əhəmiyyətə malikdir. Xüsusilə, ali məktəbimizin qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti ilə qarşıdakı dövrlər üzrə əməkdaşlıq üzrə işbirliyinə başlaması, beynəlxalq əməkdaşlıqlar sahəsindəki proseslərin daha müasir mərhələsini təşkil edəcəkdir. Bu, özünü daha çox hər iki ali məktəb arasında ikili diplom layihəsinin imzalanma mərasiminin keçirilməsi ilə daha da aktuallaşdırmaqdadır. İkili diplom layihəsi universitetlərimiz arasında kadr hazırlığının həyata keçirilməsi, ortaq ixtisaslaşma, ortaq araşdırma və ortaq əməkdaşlıqlar sahəsində daha perspektivli nəticələr vəd etməkdədir. Proseslərlə tanış olduqda aydın olur ki, ikili diplom layihəsi daha çox “Türk dünyası tarixi”və “Strateji idarəetmə” ixtisasları üzrə həyata keçiriləcəkdir. 

Qeyd etmək olar ki, ikili diplom layihəsinə aid olunan ixtisaslar yüksək məqsədyönlülüklə müəyən olunmuş və müasir dünya elminin, eyni zamanda, tədris sahəsində tələblərinin nəzərə alındığını göstərməkdədir. Həmçinin, modern dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin olduqca çevik tərəflərinin yerini almış olduğu fənnlər məhz "Strateji idarəetmə" ixtisası üzrə tədris olunmaqdadır.

Bildirmək olar ki, bu ixtisas üzrə "Firmadaxili idarəetmə", "Rəqabət və riskin idarə olunması", "İnnovasiya strategiyasının idarə olunması", "Beynəlxalq biznes", "İctimaiyyətlə əlaqələrin idarə olunması", "Heyətin idarə olunması", "Kreativ menecment", "Menecmentin müasir problemləri", "Tədqiqat metodları", "Tədqiqatlar, Kommunikasiya və İnnovasiya", "Tədqiqat işinin aparılması" və s. kimi fənnlər tədris olunur. 

Buradan da aydın olur ki, ikili diplom layihəsi müstəvisində "Strateji idarəetmə" ixtisası üzrə müəyyən olunan proseslər üzrə həm də əmək bazarının dəyişən və daha da aktuallaşan tələbləri nəzərə alınmış, həmçinin burada, Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universitetinin işbirliyinin səmərəliliyi diqqətə alınmışdır. Həmçinin burada, müasir bazar münasibətlərinə xas olan idarəetmə əsasında olduqca aktual olan problemlər elmi dövriyyəyə cəlb olunur və onun araşdırılması yolları tədris proseslərinə gətirilir.

Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən düşünülmüş şəkildə həyata keçirilən bu layhələr, tələbələrin daha etibarlı tədris mühiti ilə əhatə olunmasına hesablanmış və artıq uğurla reallaşmaqdadır.

Naxçıvan Dövlət Universitetinin əldə etmiş olduğu uğurlar, təkcə bunlarla tamamlanmayıb, həm də elmi fəaliyyətin daha əhatəli və daha etibarlı təşəkkülü ilə daha dinamik olmaqdadır. Qeyd etmək olar ki, universitetin qarşıdakı illər üzrə müəyyən etdiyi hədəflər, prioritetlər və məqsədlər dayanıqlı elm və tədris proseslərinin müvəffəqiyyət göstəriciləri baxımından olduqca yüksəkdir. Bu sahədə, Times Higher Education Impact Rankings 2025-də göstəricilərinin də qürurverici olduğunu bildirmək olar. Həmin nəticələrə əsasən, Naxçıvan Dövlət Universitetinin göstəriciləri yüksək dinamika əsasındaqərarlaşmışdır.

Çoxistiqamətli elm və tədris proseslərinin əlaqəli inkişafına təkan olan tədbirlər, Naxçıvan Dövlət Universitetinin təkcə bölgə, region deyil, eyni zamanda, dünya mahiyyətli inkişafa malik olduğunu göstərməkdədir. Modernləşən, çağdaş təhsil münasibətlərinin olduqca yüksək ifadəsini özündə əks etdirən universitet, dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin bəyan etdiyi “Impact Rankings 2025” təhlillərinə əsasən 2024-cü ilin nəticələrinəgörə resurslarını, potensialını və təbii olaraq, üstünlüklərini daha qlobal səviyyədə formalaşdırmağı bacarmışdır. 

Bu bir həqiqətdir ki, dünya universitetləri daha etibarlı tədris və ixtisaslaşma mühitinin yaradılmasında, eyni zamanda, səmərəli elmi mühitin əsaslarının müəyyən olunmasında mütərəqqi təsisatlardan istifadə olunması sahəsində ardıcıl islahatlar həyata keçirməklə, uzunmüddətli rəqabət mühitində fəaliyyət göstərirlər. Diqqət etdikdə, geridə qalan il üzrə bəhs olunan agentliyin reytinq sıralamasında 1904 ali təhsil müəssisəsinin olduğunu demək olarsa, 2025-ci ildə həmin göstərici 2318olmuşdur. Təbii olaraq, belə bir vəziyyət həm ali məktəblərin bir-birini əvəz edən keyfiyyət göstəriciləri üzrə daha qətiyyətli təşəbbüslərinin gerçəkləşdirmə hədəflərini, həm də, bu sırada Naxçıvan Dövlət Universitetinin yerinin və rolunun önəmli olduğunu bir daha göstərmiş olur. Naxçıvan Dövlət Universitetinin bu reytinq sıralamasında mühüm irəliləyiş əldə etməsi, həm də o deməkdir ki, onun nəticələri rəqabətqabiliyyətliliyinə görə seçilir və bu, elmi araşdırmaların həyata keçirilməsində region universiteti anlayışının və kiçik bir əhatənin maneə olmadığını bir daha ortaya qoymuş olur. Eyni zamanda, belə bir nəticə ölkəmizin ayrlmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasında ixtisaslaşan tələbələrin milli və beynəlxalq statuslu layihələrdə təmsilolunma imkanlarını artırmaqla, onların perspektivlərini daha da yüksəltmiş olur. Burada bir məqam da ondan ibarətdir ki, universitetimiz belə bir mühitdə, həm malik olduğu elmi araşdırma və ixtisaslaşma təsisatlarının dünya elm və tədris mühitinə daha dolğun təqdimatını həyata keçirə biləcək, bu sahədə, daha səmərəli tərəfdaşlar tapacaq, həm də, müştərək elm və ixtisaslaşma təşəbbüslərini reallaşdırmağa müvəffəq olacaq. 

Bütün bu qeyd etdiklərimizi diqqətə alaraq, məhz 2025-ci ildə Naxçıvan Dövlət Universitetinin bir sıra Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə olduqca zərurimərhələyə nail olmuşdur. Universitetimiz aşağıda qeyd olunan sahələr üzrə əhəmiyyətli irəliləyişlər əldə etmişolub. Bunlar:

• DİM 4 – Keyfiyyətli təhsil (Quality Education):

Sıralama 601–800 aralığında sabit qalıb.

Ümumi iştirakçı sayı: 1975 universitet.

Bal: 51.1. Bu göstərici universitetin tədris keyfiyyətində sabitlik nümayiş etdirdiyini göstərir.

• DİM 7 – Təmiz və sərfəli enerji (Affordable and Clean Energy):

2024-cü ildə 601–800, 2025-ci ildə isə 401–600 aralığında yerləşmişdir.

Ümumi iştirakçı sayı: 1181 universitet.

Bal: 47.1. Bu irəliləyiş universitetin enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqində inkişafını əks etdirir.

• DİM 10 – Bərabərsizliyin azaldılması (Reduced Inequalities):

2024-cü ildə 601–800, 2025-ci ildə isə 401–600 aralığında qərarlaşıb.

Ümumi iştirakçı sayı: 1261 universitet.

Bal: 50.8. Bu nəticə sosial bərabərliyin təmin olunması istiqamətində aparılan işlərin effektivliyini göstərir.

• DİM 17 – Məqsədlər üçün tərəfdaşlıq (Partnership for the Goals):

2024-cü ildə 1501+, 2025-ci ildə isə 801–1000 aralığına yüksəlib.

Ümumi iştirakçı sayı: 2389 universitet.

Bal: 59.2. Bu sahədə ciddi sıçrayış universitetin beynəlxalq əməkdaşlıqlara və hesabatlılığa verdiyi önəmi göstərir.

• DİM 2 – Aclığa son (Zero Hunger):

Hər iki ildə 401–600 aralığında yer alıb, lakin bal göstəricisi 33.88-dən 43.6-ya yüksəlib.

Ümumi iştirakçı sayı: 955 universitet.

Bu sahədə mövqeyi qorumaq rəqabətli şəraitdə sabit performansı göstərir.

Ümumi bal göstəriciləri də artım nümayiş etdirir:

NDU-nun orta SDG balı 2024-cü ildə 42.2, 2025-ci ildə isə 49.6 olmuşdur. Bu, 17%-dən çox artım deməkdir və universitetin dayanıqlı inkişaf üzrə fəaliyyətlərinin sistemli şəkildə inkişaf etdiyini göstərir.

Aşağıdakı SDG-lər üzrə bal dəyişiklikləri xüsusilə diqqətəlayiqdir:

• DİM 2 – Aclığa son: 33.88 → 43.6

• DİM 3 – Sağlam həyat: 42.67 → 43.2

• DİM 4 – Keyfiyyətli təhsil: 47.58 → 51.1

• DİM 7 – Təmiz enerji: 40.62 → 47.1

• DİM 10 – Bərabərsizlik: 46.8 → 50.8

• DİM 17 – Tərəfdaşlıq: 17.65 → 59.2

Məlumat üçün qeyd edək ki, “THE Impact Rankings” reytinqi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini obyektiv meyarlarla qiymətləndirir. Bu sistem universitetlərin tədqiqat, idarəetmə, sosial təsir və ictimai iştirak üzrə fəaliyyətlərini nəzərə alaraq onların dayanıqlı inkişaf səylərini beynəlxalq səviyyədə dəyərləndirir.

Dayanıqlı İnkişaf Məqsədlərinə diqqət etdikdə aydın olur ki, onların hər biri, günümüzün sosial, iqtisadi, mədəni sferalar üzrə çoxistiqamətli sahələrini əhatəsinə alır və genişmiqyaslı elmi araşdırmalara cəlb olunmaqdadır. Həmçinin bu sferalar, xüsusilə də, ölkələrin milli iqtisadiyyatları üçün çox aktual və strateji mahiyyətə malik olan sahələrin ifadəsi olmaqdadır. Naxçıvan Dövlət Universitetinin də daxil olduğu mühüm təmsilçisi olduğu bu reytinq göstəricilərinə və sıralamalara diqqət etdikdə aydın olur ki, burada:

- əhali problemlərinin öyrənilməsi müstəvisində etibarlı rifah səviyyəsinin mühafizə olunması əsasında sağlam və etibarlı həyat şəraitinin yaradılması;

- qeyri-maddi istehsal sahələrinin inkişaf istiqamətlərinin müəyyən olunması ilə, cəmiyyət üzvlərinin, həmçinin, iqtisadiyyatın istehsal və xidmət sektorları üçün zəruri əhəmiyyətə malik olan əmək resurslarının sağlamlığının qorunması;

- daha dayanıqlı, daha etibarlı və yeni çağırışlarla səsləşən, modern elm və tədris infrastrukturu, eləcə də, təsisatları ilə təmin olunan ixtisaslaşma mühitinin yaradılması;

- hazırda, istər dünya iqtisadiyyatında, istərsə də, ölkələrin milli iqtisadiyyatlarında, xüsusilə də, ölkəmizin milli iqtisadiyyatı üçün yeni prioritetlərin müəyyən olunması çərçivəsində enerji təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarının ortaya qoylması. Burada, təkmil “Yaşıl iqtisadiyyat”a keçidin daha da əlçatan olması mexanizmlərinin nəzərə alınması məqsədilə resurslardan və etiyatlardan məqsədyönlü istifadənin mümkün olması;

- təbii olaraq, dürüst və məqsədyönlü elmi araşdırmaların həyata keçirilməsi, nəticə etibarı ilə, cəmiyyət üzvlərinin həyatında, məşğulluq imkanlarının yüksəldilməsində, daha yüksək həyat şəraitinin yaradılmasında mühüm nəticələrinə görə seçilməkdədir ki, bu da, sosial bərabərsizliyin aradan qaldırılması sahəsində səmərəli göstəricilərin qərarlaşmasına xidmət etməsi;

- bütün bu qeyd olunanlar müstəvisində sıralamada yerini alan universitetlər, o cümlədən də, Naxçıvan Dövlət Universiteti, istər modernləşmə xüsusiyətlərinə, istər nəzəriyyədən təcrübəyə səmərəli keçidin təmin olunmasına, istər alternativ tədris imkanlarının yaradılmasına, istər tələbəyönümlü tədris perspektivlərinin ortaya qoyulmasına, istər davamlı islahatlar proseslərinə töhvə verməsinə, istərsə də, bütün bu potensialla beynəlxalq əməkdaşlıqlar sahəsindəki üstünlüklərinə və digər məsələlər üzrə aktuallığına görə seçilməkdədir.

Beləliklə, Naxçıvan Dövlət Univesiteti, növbəti uğuru ilə hər birimizə qürur verməkdədir. Qarşıdakı mərhələlərdə daha dinamik inkişaf göstəriciləri vəd edən bu nailiyyətlər, çoxistiqamətli perspektivlərinə görə daha seçilmiş olacaq. Təbii ki, burada, əsas və zəruri nailiyyət universitetin tələbyönümlü tədbirlərinin mühüm ifadəsi olaraq özünü göstərmiş olacaq.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

Chosen
12
1
missiya.az

2Sources