EN

Fərəh Pəhləvidən xalqa dəstək mesajı: “Aydınlıq qaranlığa qalib gələcək” » AzadMedia.az


İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, keçmiş kraliça Fərəh Pəhləvi ölkədəki mürəkkəb və gərgin vəziyyətlə bağlı sosial şəbəkə üzərindən xalqa müraciət edib.

Fərəh Pəhləvi “Facebook” hesabında paylaşdığı emosional statusunda xalqının ağrılarını və kədərini paylaşdığını bildirib:
“Bu qaranlıq və hüznlü günlərdə, qəlbim sizinlədir. Acınızı hiss edir, cəsarətinizə heyranam və millətimizin böyük və sarsılmaz ruhuna inanıram. Savaşın kölgəsi torpaqlarımıza düşərkən, yalnız olmadığınızı bilməyinizi istəyirəm. Gücümüz birliyimizdə, şanlı tariximizdə və sınmaz iradəmizdədir.”

O, müraciətində İran xalqının tarix boyu ağır sınaqlardan çıxdığını və hər dəfə daha ucaldığını xatırladıb:
“İran bu günə qədər dəfələrlə fırtınalara dözüb. Hər dəfə daha çox şərəf və ehtişamla yüksəlib. Bu çətin günlərdə bir-birimizə olan sevgimizi qoruyaq, günahsızları qoruyub evlərimizdə ümidi yaşadaq.”

Fərəh Pəhləvi statusunu bu sözlərlə tamamlayıb:
“Barış tez zamanda geri dönsün və əziz İran üçün keçmişdən daha parlaq bir gələcək yaransın. Aydınlıq qaranlığa və İranın azadlığına qalib gəlsin. Həmişə sizinləyəm.”

Sabiq şahzadənin bu müraciəti qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif təbəqələrdən olan iranlıların dəstəyini alıb.


Chosen
21
1
azadmedia.az

2Sources