EN

İsrail SEPAH-ın ikinci dron briqadasının komandirini öldürdü

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin ikinci pilotsuz uçan aparat briqadasının komandiri Aminpur Cudaki İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, məlumatı İsrail Ordusu yayıb.

Məlumatda qeyd olunur ki, dünən İsrail Hərbi Hava Qüvvələri SEPAH Hərbi-Hava Qüvvələrinin ikinci dron briqadasının komandiri Aminpur Cudakini məhv edib.
Qeyd edək ki, səhərə yaxın İsrail İrana qarşı növbəti hava hücumunu reallaşdırıb. İran mətbuatı Qum, Məşhəd və Təbriz şəhərlərinə zərbələr endirildiyinə dair məlumat yayıb. Bildirilir ki, Fordo uran zənginləşdirmə mərkəzinin yaxınlığında yerləşən Qum şəhərində zərbələr nəticəsində 2 nəfər həlak olub.

Musavat.com

Chosen
9
50
musavat.com

10Sources