Məşqçi Piter Fyuri deyib ki, oğlu Hyu ağır çəkidə dünya çempionu titulu uğrunda yeni döyüşə hazırlaşır. SİA xəbər verir ki, bu barədə “Boxingnewsonline” yazır. 30 yaşlı Fyuri iyunun 28-də belçikalı Maykl Pirotonla rinqə çıxacaq. Hyu Fyuri (30-3, 17 KO) xəstəlik səbəbindən üç illik fasilədən sonra 14 ay ərzində beşinci dəfə döyüşəcək. 2017-ci ilin sentyabrında Taysonun əmisi oğlu Mançester Arenada WBO çempionu Cozef Parkerə uduzmuşçdu.
"Ağır çəkidə dünya çempionu titulunu əldə etməyimə heç nə mane ola bilməz – mən titula doğru gedirəm”, – Fyuri deyir. Onun atası-məşqçisi də əmindir ki, Hyu ağır çəkidə dünya çempionu olacaq. Bundan əvvəl Tayson Fyurinin həmyerlisi Entoni Coşua ilə döyüşə ilkin razılıq verdiyi bildirilirdi.