ABŞ Prezidenti Donald Tramp İranla mövcud münaqişəni diplomatik yollarla həll etmək üçün son ana qədər cəhd göstərəcək.
APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“O dedi ki, mümkün olduğu müddətcə diplomatik yollara sonadək sadiq qalacaq. Amma əgər qərara gəlsə ki, diplomatiya tamamilə tükənib və əlavə danışıqlar artıq nəticə vermir, o zaman Prezident, fikrimcə, uranın zənginləşdirilməsinə və İranın nüvə proqramına son qoymaq üçün lazım olan hər şeyi edəcək,” – deyə Vens qeyd edib.