EN

ABŞ İsrailə qoşularsa, bölgədəki ABŞ qüvvələrinə cavab veriləcək - Abbas Əraqçi

Bakı. Trend:

ABŞ İsrailin hərbi əməliyyatlarına qoşularsa, İran Yaxın Şərqdəyerləşən ABŞ qüvvələrinə cavab zərbələri endirməyə hazırolacaq.

Trend xəbər verirki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi NBC Newstelekanalına müsahibəsində bildirib.

Amerikalı jurnalistin İranın bölgədəki ABŞ hərbi qüvvələrinəzərbə endirib-endirməyəcəyi ilə bağlı sualını cavablandıran Əraqçideyib: “Müharibə olarsa, hər iki tərəf bir-birinə hücum edir – bu,başadüşüləndir. Özünümüdafiə hüququ hər bir ölkə üçünqanunidir”.

Nazir əlavə edib ki, vəziyyətin sülh yolu ilə həlli mümkündür vəbu, ABŞ-nin əlindədir: “Əgər ABŞ Prezidenti Donald Tramp istəsə,sadəcə bir telefon zəngi ilə İsraili dayandıra bilər. Bütün bunlarason qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək kifayətdir”.

Xatırladaq ki, Tramp daha əvvəl bəyan etmişdi: ABŞ, İranın nüvəböhranını diplomatik yolla həll etməsi üçün Tehrana maksimum ikihəftə vaxt verməyə hazırdır.

Chosen
37
3
az.trend.az

5Sources