İki dəfə MBA çempionu olmuş Kevin Dürant PSJ-nin sahiblərindən birinə çevrilib.
“Ölkə.az” xəbər verir ki, məşhur basketbolçu futbol klubunun səhmlərinin bir hissəsini alıb.
O, çox kiçik bir pay sahibi olub. Dürant bunu özünə məxsus media-investisiya şirkəti olan “Boardroom” vasitəsilə reallaşdırıb. Kevin kluba strateji dəstək təmin edəcək.
Xarici mətbuatın yazdığına görə, Dürant PSJ-nin basketbol komandasının yaradılması üçün də fəaliyyət göstərəcək.