EN

Trampdan İran əməliyyatı ilə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp ölkəsinin quru qoşunlarının İrana müdaxiləsi ehtimalı barədə danışmaq istəmədiyini bildirib.

“Quru qoşunları barədə danışmayacağam. Bu, istifadə etmək istədiyimiz sonuncu qüvvədir”, – deyə ABŞ lideri vurğulayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu fikirləri Nyu-Cersidə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

D.Tramp etiraf edib ki, şəraitdən asılı olaraq, İsrail və İran arasında atəşkəsə dəstək verə bilər:

“Biz İranla danışıqlar aparırıq. Nə olacağını görəcəyik. Onlara vaxt verirəm, maksimum iki həftə”, – deyə o əlavə edib.

Chosen
17
3
editor.az

3Sources