EN

Bakı metrosu saat 02:00-dək işləyəcək

BAKI, 21 iyun. TELEQRAF

Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq. Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zala daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Chosen
15
41
teleqraf.com

10Sources