ABŞ Prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb.
“Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz ən son şeydir”, - Amerika lideri vurğulayıb.
Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif edib.