ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha 2 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, C qrupunda "Benfika" - "Okland Siti" matçı D qrupundakı "Çelsi" - "Flamenqo" oyunundan tez başlansa da, 15 dəqiqə gec bitib.
Buna birinci görüşün hava şəraitinə görə yarımçıq dayandırılması səbəb olub. Qarşılaşma sonradan bərpa olunub və ümumilikdə 4 saat 10 dəqiqə davam edib.
Birinci turda "Bavariya"dan 10 top buraxan "Okland Siti" bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olub. Nəticədə Yeni Zelandiya təmsilçisi dünya çempionatının qrup mərhələsində qalacağı dəqiqləşən ilk komandaya çevrilib.
"Çelsi" isə "Flamenqo" ilə görüşdə uzun müddət hesabda irəlidə olmasına baxmayaraq, meydançanı xalsız tərk edib.
Klublaraarası dünya çempionatı
C qrupu
"Benfika" - "Okland Siti" 6:0
Anxel Di Mariya, 45+8 (pen.); 90+8 (pen.); Pavlidis, 53; Sançes, 63; Barreyro, 76; 78
D qrupu
"Flamenqo" - "Çelsi" 3:1
Bruno Enrike, 62; Danilo, 65; Vallas Yan, 83 - Netu, 13