EN

Rusiyada onkolitik peyvəndin klinik sınaqlarına başlanılıb

Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru Andrey Kaprin bildirib ki, yeni onkolitik vaksin “Enteromix” Rusiyada könüllülər üzərində sınaqdan keçirilməyə başlayıb.

Onun sözlərinə görə, artıq 48 könüllü sınaqlarda iştirak etməyə razılıq verib.

Kaprin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib: "Bu peyvəndin birinci mərhələli açıq, tək mərkəzli klinik sınaqları artıq başlayıb". O, əlavə edib ki, peyvəndin toksikoloji təsiri cüzidir.

“Enteromix”in klinik sınaqları üçün namizədlərin seçimi 2024-cü ilin dekabrında başlayıb.

Dərman bədxassəli şişləri məhv edə və eyni zamanda xəstələrdə şiş əleyhinə immuniteti aktivləşdirə bilən dörd qeyri-patogen virusa əsaslanır. Təsiri şişin tam məhvindən tutmuş böyüməsini yavaşlatmağa qədər dəyişir.

Nubar Süleymanova, “İki sahil”

Chosen
8
ikisahil.az

1Sources