EN

Putin OPEK-in proqnozları ilə razılaşıb

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya OPEK-in enerji resurslarına qlobal tələbatın yüksək səviyyədə qalacağına dair proqnozları ilə razıdır...

Poliqon xəbər verir ki, o, bu fikri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda OPEK-in baş katibi Heysəm əl-Qeyslə görüşündə bildirib.

"Biz sizin proqnozlarınızla razıyıq ki, enerji və neftə tələbat, şübhəsiz ki, yüksək səviyyədə qalacaq, 105,5 milyon barel/gün. Bu, yaxın gələcəkdə də belə qalacaq. Biz də bu təxminlərlə razıyıq", Putin görüş zamanı qeyd edib.

Poliqon.info 

Chosen
7
poliqon.info

1Sources