İran İsrailin hücumları davam etdiyi müddətdə heç bir tərəflə danışıqlar aparmayacaq.
Referans xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
Cenevrə görüşünün nəticələrinə dair fikirlərini bölüşən iranlı nazir qeyd edib ki, İran özünümüdafiə üçün bütün haqlarından istifadə edəcək.
Xatırladaq ki, bu gün İran, Fransa, Böyük Britaniya və Almaniya arasında Cenevrədə görüş keçirilib. Tərəflər danışıqları davam etdirmək və yaxın zamanda yeni görüş təşkil etmək barədə razılığa gəliblər./globalinfo.az