EN

İsrailin nüvə obyektlərinin yoxlanılması niyə qeyri-mümkündir: MAQATE rəhbəri Rafael Qrossi izah etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İsrailin nüvə obyektlərinin yoxlanılmasının niyə qeyri-mümkün olduğunu izah edib.

Fakt budur ki, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi deyil. Belə ki, İsrail Hindistan, Pakistan və digər ölkələr kimi NPT-ni imzalamayıb. Deməli, siz NPT-ni imzalamırsınızsa, deməli bu (MAQATE-nin təftiş tələbi) mənasızdır”, – Qrossi bildirib. O qeyd edib ki, “MAQATE dünyanın nüvə polisi deyil”, ona görə də NPT-yə daxil olmayan ölkələrdə nüvə obyektlərinin təftişini təşkil etmək mümkün deyil: “Qapınızı döyüb deyə bilmərəm ki, sizi yoxlamaq istəyirəm, çünki nüvə silahınız olduğuna inanıram”, – Qrossi deyib.

Qeyd edək ki, İsrail, müxtəlif hesablamalara görə, 80-300 nüvə başlığına malikdir. Lakin MAQATE-nin məlumatına görə, İran nüvə silahı istehsal etmir.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources