EN

İran və “Avropa üçlüyü” danışıqları davam etdirəcək

İran və “Avropa üçlüyü” (Fransa, Almaniya və Böyük Britaniya) Cenevrədə keçirilən görüşdə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas görüşün yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər yalnız İranın nüvə proqramını deyil, digər mühüm məsələləri də müzakirə ediblər. “Bu dialoq çətin olsa da, davam etməlidir”, – deyə Kallas qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Chosen
25
23
konkret.az

10Sources