EN

“UFC Fight Night” ilə əlaqədar Bakı metrosu saat 02:00-dək işləyəcək

Sabah "Baku Crystal Hall" keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.

İdman.biz xəbər verir ki, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq.

Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq. Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün "Baku Crystal Hall" daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Qeyd edək ki, gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camaal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək. Azərbaycan təmsilçiləri Nazim Sadıxov braziliyalı Nikolas Motta və Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbay qarşılaşacaq.

İdman.biz

Chosen
8
11
idman.biz

10Sources