EN

UFC-yə görə Bakı metrosu 02:00-dək işləyəcək

Sabah Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.

Publika.az xəbər verir ki, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq. Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Chosen
17
42
publika.az

10Sources