EN

Müəllimlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanı keçirilib

Bakı. Trend:

İyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılmasıprosesinin test imtahanı mərhələsi təşkil olunub.

Trend xəbər verirki, imtahanlar 18 şəhər üzrə 39 imtahan mərkəzində baş tutub.Ümumilikdə 3 300 müəllim iştirak edib və 90 faiz davamiyyət qeydəalınıb.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı apellyasiyamüraciətlərinin qəbuluna iyunun 20-si saat 19:00-dan etibarən startverilib. Müraciəti olan müəllimlər portal.edu.az platformasının“Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini göndərəbilərlər.

Müraciətlərin qəbulu 72 saat (3 gün) ərzində davam edəcək.Şikayətlərin araşdırılmasından sonra yekun nəticələr elanolunacaq.

Chosen
18
1
az.trend.az

2Sources