EN

“Motivasiya yüksək, məsuliyyət daha da böyükdür”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının yarımfinal mərhələsində Loru FK Böyük Qarakilsə ilə üz-üzə gələcək.

Turnirin əvvəlindən etibarən ardıcıl və məqsədyönlü çıxışı ilə seçilən Loru təmsilçisi qarşıdakı oyun öncəsi son hazırlıqlarını tamamlayıb.

Komandanın aparıcı üzvləri – kapitan Vasif İsmayılov, müdafiəçi Orxan Qəhrəmanov və mərkəz oyunçusu Fuad Yusubov yarımfinal qarşılaşması ilə bağlı 90deqiqe.Az saytına fikirlərini bölüşüblər.

Vasif İsmayılov (kapitan):

“Qərbi Azərbaycan Kuboku bizim üçün sadəcə çempionat deyil, dəyər və məsuliyyətdir. Loru mahalını bu yarışda təmsil etmək böyük şərəfdir. Hədəfimiz finala yüksəlmək və çempionluq üçün meydanda sonadək savaşmaqdır.”

Orxan Qəhrəmanov (müdafiəçi):

“Yarımfinalda güclü rəqiblə qarşılaşacağıq. Bu turnirdə hər oyuna Loru mahalının adını layiqincə təmsil etmək məsuliyyəti ilə çıxmışıq. Finala və daha böyük uğurlara doğru inamla gedirik.”

Fuad Yusubov (mərkəz oyunçusu):

“Qərbi Azərbaycan Kuboku II çempionatı həm komandamız, həm də bölgəmiz üçün vacib platformadır. İndiyə qədər qazandığımız təcrübə ilə yarımfinalda güclü oyun göstərib finala çıxmaq niyyətindəyik.”

Qeyd edək ki, görüş 21 iyun saat 20:00-da Bakı Tennis Akademiyasında baş tutacaq.

Chosen
15
90deqiqe.az

1Sources