EN

Bolqarıstan 2026-cı ildən avrozonaya daxil edilir

Bolqarıstan 2026-cı ildən avrozonaya daxil edilir

Avropa İttifaqı (Aİ) Şurası maliyyə nazirləri səviyyəsində Lüksemburqda keçirilən iclasda Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını təsdiqləyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.

“Aİ Şurası Bolqarıstanın avrozonaya daxil olması ilə bağlı Avropa Komissiyasının tövsiyəsini dəstəkləyib və iyunun 26-27-də keçirilən iclasda avrozonanın genişləndirilməsi ilə bağlı qərarın müzakirəsinə dəstək olaraq Avropa Şurasına (Aİ sammiti) məktub qəbul edib”, - deyə sənəddə qeyd edilir.

Bolqarıstanın avroya keçidi ilə bağlı yekun qərar Aİ-nin iyunun 26-da keçiriləcək sammitində kompromis həll yolu ilə veriləcək.

Chosen
15
afn.az

1Sources