EN

İsrailin HHM Sistemi İrana Qarşı Effektivliyini İtirir

İsrailin

NBC News-un məlumatına görə, İsrailin hava hücumundan müdafiə sistemi (HHM) İrandan atılan ballistik raketləri tutmaqda əvvəlki qədər uğurlu deyil. Son 24 saat ərzində İran tərəfindən atılan raketlərin yalnız 65 faizi zərərsizləşdirilib. Halbuki əvvəllər bu göstərici 90 faiz civarında idi.İsrailin kəşfiyyat orqanlarının keçmiş yüksək rütbəli əməkdaşı bildirib:“İranın çox müasir raketləri var və onlardan effektiv istifadə edir.”Onun sözlərinə görə, 19 iyun səhəri İran daha sürətli və yeni nəsil ballistik raketlər buraxıb. Bu raketlər İsrail HHM sisteminə reaksiya vermək üçün daha az vaxt qoyub. Əvvəllər xəbərdarlıq müddəti 10–11 dəqiqə olduğu halda, son hücumda bu vaxt cəmi 7 dəqiqəyə düşüb.Ekspert əlavə edib:“Bu o deməkdir ki, raketlər əvvəlkilərdən daha sürətlidir. Daha vacibi isə odur ki, iranlılar raketlərə dəqiq hədəfləri vurmağa imkan verən naviqasiya sistemi inteqrasiya ediblər — məsələn, xəstəxanalar kimi.”İsrail rəsmiləri narahatlıqla bildirirlər ki, İran hələ də böyük raket arsenalına sahibdir və uzun müddət ərzində təsirli hücumlar həyata keçirmək gücündədir. İsrail ordusu İranın strategiyasını “strateji səbr” adlandırır. Rəsmilər qeyd edir ki, bir çoxları İranın raket imkanlarını vaxtından əvvəl kiçimsəyib.Keçmiş kəşfiyyat rəsmisi sonda xəbərdarlıq edir:“Rejimin tezliklə çökməsi barədə danışarkən daha ehtiyatlı olmalıyıq. Bu, gerçəklikdən uzaqdır.”Ulusum.az

Diqqət Çəkənlər

İsrail Prezidentindən İran lideri ilə bağlı şərh

ABŞ kəşfiyyatı: İran nüvə silahı üzərində işləməyib — Trampın iddiaları təkzib olundu

Bu 3 quruyemiş yumurta qədər tox saxlayır

Chosen
18
ulusum.az

1Sources