EN

Ermənistanda kütləvi həbslər başladı

Bu gün İrəvanda müxalif partiya nümayəndələrinin kütləvi həbsləri başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası "Telegram" kanallarında məlumat yayıb.

Məlumata əsasən, polis “Daşnaksütyun” (ARF) Erməni İnqilabi Federasiyası, Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” tərəfdarları kimi müxalif partiya tərəfdarlarının kütləvi həbsinə başlayıb.

“Daşnaksütyun” bəyanat verərək “Baş nazir Nikol Paşinyanın Türkiyədə səfərdə olması ilə üst-üstə düşən bu kütləvi həbslərin səbəbi bilinməsə də, heç nə bizi susdura bilməyəcək” deyib.
Chosen
16
12
sherg.az

10Sources