EN

Y2ksək maaş tələb etdi, keçidindan İMTİNA OLUNDU

“Arsenal” “Atletik”in vingeri Niko Uilyamsın transferindən imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ispaniyalı futbolçunun yüksək maaş tələbləri olub.

22 yaşlı oyunçu artıq “Barselona” ilə şifahi razılığa gəlib və Kataloniya klubuna keçmək niyyətindədir.

“Topçular” uzun müddətdir maraq göstərdikləri Uilyams üçün müqaviləsindəki 58 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazır olsalar da, onun həftəlik 350 min avroluq maaş istəyi London klubunu geri çəkilməyə məcbur edib.

Chosen
9
sportinfo.az

1Sources