Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə İran arasında 8 gündür davam edən müharibə ilə bağlı xəbərdarlıq edib.
Leqal.info xəbər verir ki, Ərdoğan deyib ki, daha çox mülki itki və Avropa ilə Asiyaya uzun illər təsir edə biləcək dəhşətli fəlakət yaşanmadan əllərin tətikdən çəkilməsi şərtdir.
“İsrail üzərində təsir gücünə malik olan qüvvələr Netanyahunun oyununa getməməli və təsir imkanlarından müharibəni dərinləşdirmək üçün deyil, bölgəmizdə atəşkəs və sabitliyi bərqərar etmək üçün istifadə etməlidirlər”, - Ərdoğan vurğulayıb.
O, Türkiyənin bu istiqamətdə atılan hər bir addımı dəstəkləyəcəyini və buna töhfə verəcəyini qeyd edib.
Leqal.info