EN

Müəllimlərin sertifikasiya imtahanı başa çatdı

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Publika.az xəbər verir ki, bu barədə MÜTDA-dan bildirilib.

Qeyd edilib ki, iyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90% davamiyyət qeydə alınıb.

Diqqətə çatdırılıb ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-dan etibarən başlanılacaq.

Chosen
5
33
publika.az

10Sources