EN

Kilian Mbappe xəstəxanadan buraxıldı

“Real”ın 26 yaşlı fransalı ulduz hücumçusu Kilian Mbappe qastroenterit səbəbilə daxil olduğu xəstəxanadan buraxılıb.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, Mbappenin dünən, iyunun 19-da xəstəxanaya yerləşdirildiyi haqda “qaymaqlılar”ın mətbuat xidməti bəyanat yaymışdı.

Vurğulanır ki, Mbappe hazırda ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak edən “Real”ın düşərgəsinə qayıdıb. Fransalı hücumçu elə buradaca gərəkli xüsusi müalicəni alacaq və tədricən komanda məşqlərinə qoşulacaq.

Xatırladaq ki, Kilian Mbappe FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistan nəhəngi “Əl-Hilal”la oyun (1:1) ərəfəsində özünü pis hiss etmiş və bu oyunda “qaymaqlılar”a kömək edə bilməmişdi.

Mbappenin iyunun 22-də yarışın 2-ci turu çərçivəsində Meksika təmsilçisi “Paçuka” ilə də oyunu buraxacağı haqda məlumat var.

Chosen
14
arena.az

1Sources