İsraildə 1 200-dən çox insan İranın hücumları nəticəsində xəsarət alıb.
İsraillə İran arasında başlayan qarşıdurmadan bəri İran ordusunun hücumları nəticəsində İsraildə təxminən 1 200-dən çox insan xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb, xəbər RIA Novosti tərəfindən dərc olunub.
Rəsmi məlumatda deyilir: “Cəmi 1217 nəfər xəsarət alıb: onlardan 12 nəfərin vəziyyəti ağırdır, 49 nəfər ciddi yaralanıb, 1156 nəfər isə yüngül xəsarət alıb.”
Məryəm Quliyeva