EN

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Video-Yenilənib

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Baku.ws yayıb.

Bildirilib ki, Milli Məclisin qarşısında taksi ilə skuter sürən yeniyetmə toqquşub.

Şahidlərin sözlərinə görə, yeniyetmə hadisə yerində ölüb. Qeyd edilir ki, qəza törədən maşın taksi fəaliyyəti göstərirmiş. 

***

Əldə etdiyimiz məlumata görə, yeniyetmə ölməyib. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisə yerindən kadrları təqdim edirik:

Chosen
22
9
qafqazinfo.az

10Sources